Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayserslautern"in ikinci komandası "Frayburq II"nin qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. Millimizin üzvü 83-cü dəqiqədə meydana daxil olub. Futbolçumuz Jan-Lukas Dorovu əvəzləyib.
Qeyd edək ki, "Kayserslautern II" 19 oyundan sonra 30 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az