Məşhur model İrina Şeyk nənəsinin şərəfinə tatu edib. Fanat.az xəbər verir ki, Kriştiano Ronaldonun sevgilisi ayağına sevimli nənəsinin adını yazdırıb - Qalia.
İrina tatunun vurulduğu anın görüntülərini "Instagram"da paylaşıb: "Hər gün məni güclü edən tək bir şey - onun mənim yanımda olmasıdır".
Qeyd edək ki, İrina Şeykin nənəsi Qalia Qaylislamovna bir il əvvəl 90 yaşında ölüb. İki həftə ərzində əvvəl nənə ağır vəziyyətdə xəstəxanaya düşüb. Onda supermodel bütün çəkilişləri ləğv edib doğma insanın yanında olmaq üçün təcili Rusiyaya gəlmişdi.
Fanat.az