Kriştiano Ronaldo rekordları qırmaqda davam edir. Fanat.az xəbər verir ki, İsveçlə oyunda 3 qol vuran ulduz futbolçu yığmanın ən çox fərqlənən futbolçusuna çatıb.
Belə ki, indiyədək Portuqaliya yığmasında mütləq rekord Pauletaya məxsus idi - 88 oyun, 47 qol. Dünən 109-cu dəfə milli formanı geyinən Ronaldo 47-ci qoluna imza ataraq rekorda şərik olub.
Portuqaliya yığmasında ən çox oyun keçirmiş futbolçu Luiş Fiqodu - 127 matç. Fernando Kouto isə 110 dəfə milli formanı geyinib. Ronaldo daha iki dəfə meydana çıxacağı halda milli formanı ən çox geyinmiş futbolçular siyahısında ikinci olacaq.
Qeyd edək ki, ulduz futbolçu dünən karyerası ərzində 26-cı het-triki edib.
Fanat.az