Bir müddət əvvəl müsahibəsində Kriştiano Ronaldonu tənqid edən FIFA prezidenti Zepp Blatter fikrini dəyişib. Ulduz futbolçu haqqında "meydanda əsgər kimi dayanır", "bərbərdə çox pul xərcləyir" ifadələrini işlədən ali futbol qurumunun rəhbəri açıqlamalarına bütün dünyadan etirazlar gəldikdən sonra üzr istəmişdi.
Fanat.az xəbər verir ki, Ronaldo bu dəfə oyunu ilə Blatteri fikrini dəyişməyə məcbur edib. Belə ki, FIFA rəhbəri dünya çempionatının İsveçlə iki play-off oyununda 4 qola imza atan Portuqaliya yığmasının ulduzu haqqında "Twitter"də qısa status yazıb: "Fantastik performans".
Fanat.az