Roberto Mancini: "Bu zəfəri haqq etdik"

Roberto Mancini: "Bu zəfəri haqq etdik"

"Çətin matç oldu. Futbolun çətinliklərindən başqa meydanın vəziyyəti də pis idi. Bu zəfəri haqq etdik". Fanat.az xəbər verir ki, bu sözləri "Yuventus"la oyunundan sonra "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini deyib.

Matçın qələbə qoluna imza atan Uesli Sneyderin tənqid olunması ilə bağlı danışan italyan mütəxəssis "artıq tənqidləri kənara qoymalıyıq. Sneyder meydana çıxdı və qolunu vurdu" deyib.

Mançini "Ötən mövsüm "Qalatasaray" Çempionlar Liqasında 1/4 finala çıxmışdı. Bu dəfə hədəf nədi" sualına belə cavab verib: "Ötən mövsüm qrup daha asan idi. Bu il çox önəmli uğur qazandıq. "Real" və "Yuventus" bizdən güclü komandadı". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər