"Dənizlispor"un əsas heyətindən kənarlaşdırılan Rail Məlikov cəzalandırılıb. Fanat.az xəbər verir ki, baş məşqçi Özcan Bizatinin qərarı ilə A2 komandasına göndərilən futbolçumuz cərimələnib.
Belə ki, "Dənizlispor" Raili 5 min lirə (təxminən 2 min 500 manat) cərimə edib. Buna səbəb onun icazə alaraq Bakıya gəldikdən sonra Dənizliyə bir gün gec dönməsi olub.
Bu arada Özcan Bizati Railin cəzalanması ilə bağlı danışıb: "İntizamsız hərəkət edən hər kəs cəzalandırılır. Heç kimin intizamsızlığına icazə vermərəm".
"Dənizlispor"un prezidenti Hasan Kıbrıslıoğlu da baş məşqçinin haqlı olduğunu bildirib: "Biz bu məsələlərlə bağlı baş məşqçiyə tam səlahiyyət vermişik. Futbolçularla bağlı bütün qərarları Özcan Bizati verir. Onun Məlikovla bağlı qərarına hər kəs hörmət etməlidi".
Fanat.az