Rail Məlikov bağışlandı

Rail Məlikov bağışlandı

"Dənizlispor"un baş məşqçi Özcan Bizati Rail Məlikovla bağlı yeni qərar qəbul edib. Fanat.az xəbər verir ki, baş məşqçi futbolçumuzu bağışlayıb.

Rail çempionatlarda milli oyunlara görə yaranan fasilədən yararlanaraq Bakıya gəlmişdi. Dənizliyə bir gün gec dönən futbolçu baş məşqçi tərəfindən cəzalandırılaraq A2 komandasına göndərilmişdi. 

"Dənizlispor"un "Antalyaspor"la matçda müdafiədə buraxdığı səhvlər Məlikovun bağışlanmasına səbəb olub. Bizati dünən bir həftəlik fasilədən sonra millimizin sabiq üzvünü əsas komandanın məşqinə çağırıb. Onun "Elazığspor"la oyunda meydana çıxıb-çıxmayacağı hələ bilinmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər