Qurban Qurbanov xəstəxanada

Qurban Qurbanov xəstəxanada

Ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununu stadionda izləyərkən üzərinə darvaza aşan Samir Miriyev üçün həyatı təhlükə yoxdur. 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, o bu gün gecə saat 3-ə qədər xəstənin yanında olub. Bu səhər isə klubun baş məşqçisi Qurban Qurbanov Samir Miriyevə baş çəkib. Onun kəllə-beyin travması aldığı, omba və diz sümüyünün sındığı bildirilir. Hazırda o, reanimasiyaya yerləşdirilib. Bu gün xəstənin əməliyyat edilib-edilməyəcəyinə qərar veriləcək. Müalicə və əməliyyatın bütün xərclərini "Qarabağ" rəhbərliyi öz üzərinə götürüb. 

Xatırladaq ki, ötən gün Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı bədbəxt hadisə qeydə alınmışdı. Oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb. Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər