Qurban Qurbanov "sirli qutu"du

Qurban Qurbanov "sirli qutu"du

Bu gün Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Sent-Etyen" - "Qarabağ" görüşü öncəsi Fransa mətbuatı Azərbaycan çempionunun baş məşqçisinə də yer ayırıb. Fanat.az xəbər verir ki, Qurban Qurbanov haqda yazan "Le Progres"onu "sirli qutu" adlandırıb.

Fransalı həmkarlarımızın yazdıqlarını diqqətinizə çatdırırıq: "Qurban Qurbanova inansaq, üç braziliyalı - Çumbinyo, Danilo Dias və Reynaldo zədəlidirlər. Onda nəyə görə komandayla birgə gəliblər? Fransada hava udmaq üçün?  Bu uzunluqda yolu yalnız buna görə qət ediblər? Qurban Qurbanov "sirli qutu"du. Özü də son anda hamınıı təəccübləndirə bilər. Əgər Reynaldo otelə axşam gəlib çıxdısa, Dias və Çumbinyo komandalarının məşq prosesini idman geyimində izləməyə də vaxt tapıblar. Ola bilsin ki, onların adlarına matçın protokolunda rast gələcəyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər