“İnter” yaxşı komandadı. Bu mövsüm sabit oynamasalar da, çox şeyə qadirdilər”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Mahir Şükürov deyib.
Təcrübəli futbolçu meydana qələbə üçün çıxacaqlarını söyləyib: “Məqsədimiz ardıcıl 4-cü dəfə çempion olmaqdı. Bütün qarşılaşmalara 3 xal qazanmaq istəyi ilə çıxırıq. “İnter”lə oyunda da yalnız qələbəni düşünəcəyik. Rəqibə hörmətlə yanaşırıq və oyunun çətin keçəcəyini bilirik”.
Xatırladaq ki, paytaxt derbisi bu gün 15.00-da "Şəfa" stadionunda oynanılacaq.
Fanat.az