"Valensiya" satışa çıxarıldı

"Valensiya" satışa çıxarıldı
İspaniyanın "Valensiya" klubu satışa çıxarılıb. Fanat.az xəbər verir ki, ölkədəki maliyyə böhranından ən çox əziyyət çəkən kluba 250 milyon avro qiymət qoyulub.
"Valensiya"nın satışını "Bankia" adlı bir bank tələb edib. Çünki bank kluba verdiyi kreditləri geri ala bilməyib. "Valensiya"nın prezidenti Amadeo Salvo isə açıqlamasında satışa müsbət yanaşdığını bildirirərək "komandamız "qan" itirir, marka dəyərimiz yox olmaq üzrədi. Tələb olunan məbləği ödəmək istəyən hər kəslə danışıqlara hazırıq" deyib
Salvo "Valensiya"nın illik gəlirinin 12 milyon avroya düşdüyünü bildirib: "Bu məbləğlə klubu saxlamaq mümkün deyil".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər