"Traktorsazi" Təbrizdə xal itirdi

"Traktorsazi" Təbrizdə xal itirdi

İran çempionatında XVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu gün evdə meydana çıxıb.

Təbriz təmsilçisinin rəqibi "Zob Ahan" olub. Son dəqiqədə üstünlüyü əldən verən "Traktorsazi" meydandan 1 xalla ayrılıb - 2:2. Təbriz klbunun heyətində Həbib Qordani və Mehdi Kiani (penalti) fərqlənib.

Bu şansdan yararlanan "Persepolis" "Mis Kerman"ı 6:0 hesabı ilə məğlub edərək ilk pilləyə yüksəlib. İndi birinci yerdəki "Persepolis"in, ikinci pillədəki "Traktorsazi"nin və onları izləyən "Neft"in 33 xalı var. "Traktorsazi" "Persepolis"dən top fərqinə görə geri qalır.

Təbrizin digər təmsilçisi "Qostareş Fulad" isə "Sepahan"ın qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. "Qostareş Fulad" 18 oyundan sonra 19 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər