Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun oyunlara start verilib. Fanat.az xəbər verir ki, "İqtisadçı" Moskva "Dinamo"sunun qonağı olub.
Bakıda baş tutan qarşılaşmada rəqibinə 3:2 hesabı ilə qalib gələn "tələbələr" bu dəfə quru hesablı məğlubiyyətə üzülüblər - 0:3. Bu isə analoji yarışda debüt edən komandamızın pley-off mərhələsinə vəsiqə arzusunun üstündən xətt çəkib. Beləliklə, son turun nəticəsindən asılı olmayaraq, "İqtisadçı" qrupda qalacaq. Lakin bu o demək deyil ki, Bakı təmsilçisi avrokuboka əlvida deyəcək. Onların qrupumuzda “Srvena Zvezda” (Serbiya) - “Pyaçentsa” (İtaliya) matçının nəticəsindən asılı olaraq, bu və ya son turda elə serblərlə dueldə CEV kubokunda mübarizəni davam etdirməsinə aydınlıq gələcək.
Çempionlar Liqası
V tur
10 dekabr
B qrupu
Dinamo (Moskva, Rusiya) - İqtisadçı (Azərbaycan) 3:0 (25:23; 25:17; 25:18)
Hakimlər: Diit Köiv (Estoniya), Karin Zaharçova (Çexiya).
Moskva, “Drujba” İdman Sarayı.
| 1 | Dinamo (Moskva) | 5 | 4 | 1 | 14-6 | 478-403 | 13 |
| 2 | Pyaçentsa | 4 | 3 | 1 | 10-4 | 337-287 | 9 |
| 3 | İqtisadçı | 5 | 2 | 3 | 7-11 | 380-408 | 5 |
| 4 | Srvena Zvezda | 4 | 0 | 4 | 2-12 | 249-346 | 0 |
Fanat.az