"Simurq" bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində doğma arenada "Qəbələ"ni qonaq edəcək. Fanat.az xəbər verir ki, ilk görüşdə səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacaran Zaqatala klubu matçın hazırlıqlarını tamamlayıb.
Qarşılaşmanın keçiriləcəyi vaxtda son məşqinə çıxan "Simurq" bir saata yaxın davam edən çalışmaya isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qısa ötürmələr və qruplara bölünərək "kvadrat" oynanılıb. İkitərəfli oyundan sonra qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Bundan sonra hazırlıqları tamamlayan Zaqatala təmsilçisi istirahətə çəkilərək görüşün başlama vaxtını gözləməyə başlayıb.
Görüşə tam heyətlə hazırlaşan "sarı-qaralar"da uzun müddətdi zədədən əziyyət çəkən Ali Gökdəmir artıq komanda ilə birgə məşqlərə qoşulub. "Qəbələ" ilə cavab qarşılaşmasında yalnız sarı vərəqə limitini dolduran Samir Zərgərov iştirak edə bilməyəcək.
Fanat.az