"Rəvan"dan daha bir qələbə

"Rəvan"dan daha bir qələbə

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Rəvan" üçüncü yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, paytaхt klubu "Şahdağ"la qarşılaşıb.

Oyun "Rəvan"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı klubunun heyətində Anar Həsənov, Əli Bağırov, Amil Yunanov və Vüsal Qarayev fərqlənib.

Qeyd edək ki, "Rəvan" bundan əvvəl iki oyun keçirib. "Qaradağ Lökbatan"la "sülh" (2:2) bağlayan "sarı-qırmızılılar" "Ağsu"nu 6:4 hesabı ilə yenib.

"Rəvan" yanvarın 27-si səhər saatlarında Salyana yola düşəcək. Komanda fevralın 8-dək Aran rayonunda hazırlıq keçəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər