"Rəvan" Mustafa Dənizlini sevindirdi

"Rəvan" Mustafa Dənizlini sevindirdi
Premyer Liqanın XVII turunda “Rəvan”ı doğma meydanda qəbul edəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqini keçirib. Fanat.az xəbər verir ki, "Fırtınalar meydanı"nın əsas meydançasında ot örtüyünün korlanmaması üçün komanda ehtiyat meydançaya üz tutub. 
Lakin burada da əvəzedici heyətin oyunu olduğundan əsas heyətin oyunöncəsi məşqi kiçik ölçülü üçüncü meydançada baş tutub. Elə “Rəvan” da stadionun əsas meydançasında ot örtüyünün oyun saatına qədər daha yaxşı vəziyyətdə qalması naminə üçüncü meydançada hazırlaşıb. Qonaq komandanın bu addımını Mustafa Dənizli yüksək qiymətləndirib və anlayışlı hərəkətə görə “Rəvan”ın baş məşqçisi Şahin Diniyevə minnətdarlığını bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər