Qadın voleybolçular arasında Çempionlar Liqasının "Dördlər finalı"na ev sahibliyi edəcək komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, bununla bağlı bu gün CEV-in Lüksemburqda keçirilən toplantısında qərar verilib.
Avropa voleybol qurumu bu hüququ Polşanın "Ximik" klubuna verib. Bunun üçün qrup mərhələsini lider kimi baş vuran yarışın debütantı pley-off mərhələlərindən azad olub və yarımfinalda rəqibini gözləyir. Matçlar "Ximik"in təmsil etdiyi Şetsin şəhərində keçiriləcək.
Qeyd edək ki, "Ximik" "Rabitə" ilə birlikdə A qrupunda mübarizə aparıb. Polşa klubu "Rabitə"ni hər iki oyunda məğlub edib - 3:0, 3:2.
Əlavə edək ki, Çempionlar Liqasında Azərbaycan klublarından "Azəryol" mübarizəni davam etdirir. Təmsilçimiz I pley-off mərhələsində İtaliyanın "Yamamay" klubu ilə qarşılaşacaq.
Fanat.az