"Rabitə" yarımfinalda

"Rabitə" yarımfinalda

Bu gün qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unun cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, mərhələnin son oyun günündə Azərbaycan çempionu “Rabitə” də meydana çıxıb.

 

Azərbaycan çempionu yarımfinal yolunda son görüşündə Fransa “Beziers”ini sınağa çəkib. Səfərdə qazandığı 3:1 hesablı qələbə ilə cütün taleyinə böyük ölçüdə aydınlıq gətirən bakılılar doğma publika önündə də gücünü nümayiş etdirib. Belə ki, Zoran Qayiçin yetirmələri yarımfinala vəsiqəni 3:0 hesablı qələbə ilə təmin edib. 

CEV kuboku

Çelenc raund

Cavab oyunu

12 mart

Rabitə (Azərbaycan) - Beziers (Fransa) 3:0 (25:16, 25:22, 25:17)

Hakimlər: Nikos Evqeniuo (Kipr), Voyçieç Maroşek (Polşa).

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər