“Yığmanın son yoldaşlıq oyunlarında məlum səbəbdən iştirak edə bilmədim. Zədə imkan vermədi”. Bu sözləri Fanat.az-a açıqlamasında millinin və “Bakı”nın yarımmüdafiəçisi Əfran İmayılov deyib.
Əfran noyabrın 19-da Bişkekdə “quru sülh”ə razılaşan seçmənin bu görüşdə göstərdiyi nəticəyə bəraət qazandırmağın mümkün olmadığını söyləyib: “Əslində estonlara uduzmağımız da yaxşı hal deyil. Qırğızıstanla oyundakı heç-heçəyə isə bəraət yoxdu. Meydançanın durumu pis olsa da, ot örtüyü problemlər yaratsa da, udmalıydıq. Digər tərəfdən, bu futboldu. Daha pis ola bilərdi. Məsələn, onların qapı tirindən dönən zərbəsi qol olsaydı, indi millinin məğlubiyyətindən danışırdıq. Ancaq yenə deyirəm, Qırğızıstanla bərabərliyə haqq qazandırmaq olmaz”.
Fanat.az