Əvəzedici heyətlərin ölkə birinciliyində XIV turun oyunları başa çatıb. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Turun açılış oyununda "Qəbələ" doğma meydanda AZAL-la qarşılaşıb. Nuran Qurbanovun 88-ci dəqiqədə vurduğu yeganə qol ev sahibi komandaya minimal hesablı qələbə qazandırıb - 1:0.
İkinci oyun günündə daha iki matç baş tutub. "Simurq" səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə yenib. "Xəzər Lənkəran" isə rəqib meydanında "Bakı"dan üstün olub - 4:1. Qollardan birini Con Toşak tərəfindən əsas komandadan kənarlaşdıran Adrian Pit rəqib qapısından keçirib.
Üçüncü oyun günündə bir matç keçirilib. Lider "İnter" 5-ci pillədə qərarlaşan "Neftçi"ni 3:2 hesabı ilə yenib.
Turun son oyunu bu gün baş tutub. "Qarabağ" "Rəvan"ı 2:0 hesabı ilə yenərək turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
Əvəzedici heyətlər
2013/14 mövsümü
XIV tur
20 noyabr
Qəbələ - AZAL 1:0
Qol: Nuran Qurbanov, 88
21 noyabr
Sumqayıt - Simurq 1:3
Qollar: Süleyman Rzayev, 36 - Oruc Balaşlı, 14; 25. Cavad Kazımov, 90+2.
Bakı - Xəzər Lənkəran 1:4
Qollar: Valeh Seyidov, 50-pen - Cavid Bağırov, 29-pen. Elnur Cəfərov, 74. Fikrət Ulduzlu, 83. Adrian Pit, 90+3.
22 noyabr
İnter - Neftçi 3:2
Qollar: Samir Zərgərov, 8. Ramil Mansurov, 65; 80 - Cavid Muxtarzadə, 21-pen; 68.
23 noyabr
Qarabağ - Rəvan 2:0
Qollar: Tural İsgəndərov, 72. Təmkin Xəlilzadə, 75.
| 1 | İnter | 14 | 11 | 1 | 2 | 42-16 | 34 |
| 2 | Qəbələ | 14 | 9 | 1 | 4 | 25-19 | 28 |
| 3 | Simurq | 14 | 7 | 4 | 3 | 24-16 | 25 |
| 4 | Xəzər L | 14 | 6 | 3 | 5 | 24-18 | 21 |
| 5 | Qarabağ | 14 | 5 | 4 | 5 | 18-23 | 19 |
| 6 | Neftçi | 14 | 4 | 5 | 5 | 23-30 | 17 |
| 7 | Bakı | 14 | 3 | 7 | 4 | 22-26 | 16 |
| 8 | Rəvan | 14 | 3 | 6 | 5 | 23-23 | 15 |
| 9 | AZAL | 14 | 2 | 3 | 9 | 16-30 | 9 |
| 10 | Sumqayıt | 14 | 2 | 3 | 9 | 18-32 | 6 |
Bombardirlər: Oruc Balaşlı (Simurq) - 12. Mirsahib Abbasov (İnter), Cavid Muxtarzadə (Neftçi) - 10. Nurxan Mənsimzadə (İnter) - 9. Raul Yaqubzadə (Bakı) - 8.
Fanat.az