"Fənərbaxça"nın futbolçusu Caner Erkinin həyat yoldaşı Asena ilə qol-qola şəkilləri yayımlanan Berkay ilk dəfə açıqlama verib. Fanat.az xəbər verir ki, müğənni futbolçunun uzun müddətdi bu durumdan xəbərdar oldubğunu bildirib.
"Canerin həmin fotolardan yanvarın 28-dən etibarən məlumatı var. Aradan 11 ay keçdi. Həmin şəkilləri almaq üçün kimləri araya salmadıq ki... Hətta mafiya ilə əlaqəyə girdik. Amma Caner "məni o insanlarla qarşı-qarşıya gətirmə" deyərək görüşə getmədi. Nəticədə mən 20 min avro cibimdən ödəyib Londondakı şəkilləri özüm aldım. Caner bunları bilsə də, susur. Niyə susmasının səbəbini isə bilmirəm" deyə Berkay qeyd edib.
Fanat.az