"Çempionatı dayandırarıq!" - TƏHDİD

"Çempionatı dayandırarıq!" - TƏHDİD

İtaliya futbolunda hakimliyin vəziyyəti gündən-günə ağırlaşır. Fanat.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 2009/10 mövsümündən bəri hakimlərə qarşı zorakılıq halları ilə bağlı 2323 fakt qeydə alınıb.

Təkcə 2013/14 mövsümündə 109 hakim xəstəxanalıq edilib. Bu ilin oktyabr ayında isə 30 ədalət təmsilçisi təzyiqə məruz qalıb.

Bütün bunların fonunda İtaliya Hakimlər Komitəsinin sədri Marmello Niççi hakimlərin oyunlara çıxmaqdan imtinası məsələsini gündəmə gətirib. "La Gazzetta dello Sport"un məlumatına görə, İtaliya Futbol Federasiyasının rəhbəri Karlo Taveççio onları bu fikirdən daşındıra bilib.

Marsello Niççi dünənki açıqlamasında "artıq yetər" deyərək federasiyanı bu yöndə addımlar atmağa çağırıb: "Federasiya konkret cavab verməlidi. Milli bir utancla üz-üzəyik. Yeni şiddət olaylarını görməzdən gələ bilmərik. Biz də konkret addımlar ata bilərik. Məsələn, A Seriyasını dayandıra bilərik".

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Taveççio isə hakimlərin qorunması üçün addımlar atılacağını deyib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər