"Araz" Hollandiya çempionuna 6 qolla qalib gəldi

"Araz" Hollandiya çempionuna 6 qolla qalib gəldi
Futzal üzrə UEFA Kubokunun elit-raundunda C və D qruplarının oyunlarına start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Araz" ilk oyununa çıxıb.
Portuqaliyanın Lissabon şəhərinin ev sahibliyi etdiyi qrupun ilk oyununda "Araz" Hollandiyanın "Eyndhoven" klubunu sınağa çəkib. Təmsilçimiz rəqibini 6:3 hesabı ilə yenib. "Araz"ın heyətində Auqusto, Edu, Rafael, Biro Jade, Vitali Borisov və Amadeu fərqlənib. "Eyndhoven"in qollarından birini Elnur Qəmbərov vurub. Belə ki, o, topu öz qapımızdan keçirib.
Qeyd edək ki, "Araz"ın oyunu qrupumuzun açılış matçı olub. Bundan sonra isə meydana Portuqaliyanın "Sportinq" və Macarıstanın "Qyori ETO" klubları çıxacaq.
UEFA Kuboku
Elit-raund
D qrupu
21 noyabr 
Araz (Azərbaycan) - Eyndhoven (Hollandiya) 6:3
Qollar: Auqusto, 6. Edu, 7. Rafael, 12. Biro Jade, 24. Vitali Borisov, 31. Amadeu, 35  - Bali, 10 (2:1). Əl Attabi, 11. Elnur Qəmbərov, 32 (avtoqol).
Araz: 1. Laersio Buranello, 3. Fabiano, 5. Felipe, 6. Edu, 9. Amadeu. 19. Elnur Zamanov, 2. Marko Periç, 10. Biro Jade, 13. Elnur Qəmbərov, 15. Rafael, 18. Auqusto, 4. Serjao, 11. Davi, 14. Vitali Borisov (k).
Eyndhoven: 1. Qrimmelius (k), 7. Zeruali, 9. Bali, 10. Əl Attabi, 15. Əl Qannuti. 13. Kaptejin, 6. Van Den Akker, 8. Ter Linden, 11. Adem Koçak, 14. Kuylaars.
Sarı vərəqələr: Biro Jade, 25 - Əl Qannuti, 17. Zeruali, 22.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər