Ukraynada təlim-məşq toplanışında olan “Qaradağ” ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Lökbatan təmsilçisi “Legion Kiyev”lə qarşılaşıb.
Oyun “Qaradağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. I divizion təmsilçisinin hər iki qoluna Novruz Ələkbərov imzat atıb.
Qeyd edək ki, “Qaradağ” ilk oyununda Kiyev “Arsenal”ının əvəzedici komandasını darmadağın etmişdi – 2:1.