Türkiyə hökumətinin axtarışa verdiyi və uzun illərdi Fransada yaşayan Cem Uzan maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, məşhur biznesmen "Qalatasaray"ın UEFA Kubokunu qazanması və Fatih Terimin istefaya göndərilmsi barədə danışıb.
Cem Uzan Fatih Terimin istefaya göndərilməsi barədə danışarkən ağlayıb: "UEFA Kuboku qazanıldı. Kubok paltardəyişmə otağına gətiriləndə oğlumla orda idim. O kuboku Türkiyəyə qazandıran adam eynən mənim indi ağladığım kimi ağlayaraq komandadan ayrıldı. "Qalatasaray"dan ayrıldığı gecə evinin önündəki azarkeşlərlə danışdığı zaman ağlığını xatırladım, ona görə ağladım".
Fanat.az