Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye komandası və rəqibləri haqda fikirlərini bildirib. Fanat.az xəbər verir ki, fransalı mütəxəssis qalan oyunların həlledici xarakter daşıyacağını bildirib.
O, hətta qrup lideri "İnter"in heç bir şeyi təmin etmədiyini vurğulayıb: "Qrupumuzda olduqca maraqlı vəziyyət yaranıb. Üç komandanın eyni - 4 xalı var. Hətta italyanlar belə rahat nəfəs ala bilməzlər. Qarşıda bizi 2 oyun gözləyir. Birini yarımfinal, digərini final adlandırardım. Deməli, hər iki qarşılaşmadan qalib ayrılmalıyıq".
Fanat.az