Müdafiənin sol cinahında ciddi problemlər yaşayan “Qalatasaray” növbəti transferə hazırlaşır. Fanat.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Cim-Bom” Patrik evranı heyətinə qatmaq istəyir.
“Daily Mail”in xəbərinə görə, “Mançester Yunayted” “Everton”dan Leyqton Baynesi heyətinə qatacağı halda Evra komandanı tərk edəcək. Bu baş verəcəyi halda isə fransız müdafiəçi “Qalatasaray”la müqavilə bağlayacaq.