Püşk atıldı: 3 dünya çempionu "ölüm qrupu"nda - DÇ-2014

Püşk atıldı: 3 dünya çempionu "ölüm qrupu"nda - DÇ-2014
Bu gün DÇ-2014-ün seçmə mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Braziliyanın Bahiya şəhərində keçiriləcək mərasimdə dünya çempionatının 32 iştirakçısı hər birində 4 komanda olmaqlma 8 qrupa  bölünüb.
Püşkatmada veteran futbolçulardan Alkides Giggia (Uruqvay), Ceoff Hurst (İngiltərə), Kafu (Braziliya), Fabio Kannavaro (İtaliya), Mario Kempes (Argentina), Fernando Hierro (İspaniya), Zinəddin Zidan (Fransa) və Lotar Matteus (Almaniya) iştirak edib.
Ən güclü qrup B qrupu olub. "Ölüm qrupu"nda dünya çempionu olmuş 3 yığma - Uruqvay, İngiltərə və İtaliya, həmçinin Kosta Rika milliləri yer alıb. Seçmə mərhələdə millimizlə mübarizə aparan Portuqaliya Almaniya, Qana və ABŞ-la G, Rusiya Belçika, Əlcəzair və Cənubi Koreya ilə H qrupuna düşüb.
Hazırda Avropanın və dünyanın ən güclü yığmalarından hesab olunan İspaniya və Hollandiya eyni qrupda (B) mübarizə aparacaq. Meydan sahib Braziliyanın bəxtinə zəif komandalar düşüb: Xorvatiya, Meksika və Kamerun.

A qrupu

B qrupu

1

 Braziliya

1

 İspaniya

2

 Xorvatiya

2

 Hollandiya

3

 Meksika

3

 Çili

4

 Kamerun

4

 Avstraliya

C qrupu

D qrupu

1

 Kolumbiya

1

 Uruqvay

2

 Yunanıstan

2

 Kosta Rika

3

 Kot`D-İvuar

3

 İngiltərə

4

 Yaponiya

4

 İtaliya

E qrupu

F qrupu

1

 İsveçrə

1

 Argentina

2

 Ekvador

2

 Bosniya və Hersoqovina

3

 Fransa

3

 İran

4

 Honduras

4

 Nigeriya

G qrupu

H qrupu

1

 Almaniya

1

 Belçika

2

 Portuqaliya

2

 Əlcəzayir

3

 Qana

3

 Rusiya

4

 ABŞ

4

 Cənubi Koreya

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər