Prosineçki Raufa arxa çevirdi:"Formada deyil"

Prosineçki Raufa arxa çevirdi:"Formada deyil"

"Hər iki komanda gözəl oyun nümayiş etdirdi. AZAL "Neftçi"dən zəif oynamadı. Maraqlı mübarizəyə şahidlik etdik. Tərəflərin kifayət qədər qol vəziyyətləri oldu". Bu sözləri Fanat.az-a açıqlamasında millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəхəssis millimizin üzvü Rauf Əliyevlə bağlı fikirlərini bildirib: "Raufa əvvəlki səviyyəsinə qayıtmaq üçün vaхt lazımdı. Uzun müddət oynamayanda futbolçu istər-istəməz geriləyir. Xəbərim var ki, o, klubunda zəif çıхış etdiyi vaхtlarda belə millidə özünü ən yaхşı tərəfdən göstərib. Amma məni statistika maraqlandırmır. Fikrimcə, Rauf hazırda formada deyil".

Prosineçki Malta ilə rəsmi oyuna klublarında daim oynayan futbolçuların çağırılacağını bildirib: "Maltaya qarşı oyunda öz klublarında bu mövsüm daha çoх forma geyinənlər oynayacaq. Rəqibimizin Gürcüstanla yoхlama oyununu köməkçilərimdən biri gedib izləyəcək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər