Pantiç: "İmkanlarından 150 faiz istifadə etməlisən"

Pantiç: "İmkanlarından 150 faiz istifadə etməlisən"
Milinko Pantiç "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi komandasının yaxşı mübarizə apardığını deyib:
"Yetirmələrimi təbrik edirəm. Bizim üçün çox vacib qələbə oldu. Çempionatın lideri ilə qarşılaşdıq və qalib gəldik. “Qarabağ” kimi komandanı məğlub etmək üçün imkanlarından 150 faiz istifadə etməlisən. Oyunçularım yaxşı mübarizə apardı, bəziləri isə zədələndi. Komandama bu oyunda mübarizə aparmağı, gəzərək oynamamağı dedim. Rəqib üzərində basqı, qələbə istəyi olmalıdı. Komanda verilən tapşırıqları yeinə yetirdi. Məni narahat edən əsas məqam asanlıqla qol buraxmağımızdı. Son vaxtlar qapımızdan bu cür qollar buraxırıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər