Neymarın siqareti aranı qarışdırdı - FOTO

Neymarın siqareti aranı qarışdırdı - FOTO
"Barselona"nın futbolçusu Neymar siqaret çəkərkən yaxalanıb. Fanat.az xəbər verir ki, Braziliya millisinin üzvü otelin eyvanında siqaret çəkib.
"Barselona" azarkeşlərinin qəzəbinə tuş gələn görüntünün əslində bir reklam filminin çəkilişi olduğu müəyyənləşib. Məlumata görə, sişqaret əleyhinə sosial layihəyə qoşulan Neymar bunun üçün kamera qarşısına keçib. 
Həmin reklam filmində Neymar karyerası bitmək üzrə olan futbolçunu canlandırıb və qısa müddət də olsa, siqareti iki dodağının arasında saxlamalı olub. 
Qeyd edək ki, İtaliya mətbuatı fotonu "Neymar qalmaqalı" başlığı ilə yayımlayıb. Lakin sonradan həqiqəti öyrənərək təkzib ediblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər