Nazim Süleymanov: "Mənim də səhvlərim oldu"

Nazim Süleymanov: "Mənim də səhvlərim oldu"
"İlk hissədə zəif oynadıq. İkinci hissəyə pis başlamamışdıq. Komandadan narazı qaldım, hesab da bunu göstərir. Bəzi futbolçuların diqqətsizliyi nəticəsində qapımızda qollar gördük". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan (1:3) sonra "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov deyib.
Süleymanov özünün də səhv etdiyini bildirib: "Məşqçi kimi mənim də səhvlərim oldu. Bunların üzərində işləyəcəyik. Bir futbolçunun səhvi bütün komandanın oyununa təsir edir. Daha diqqətli oynamaq lazımdı. Hakimliklə bağlı danışmaq istəmirəm. Bu barədə rəhbərlik danışsa yaxşı olar".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər