Almaniyanın Regional Liqasında XIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Karlsruher" "Darmştadt"ın qonağı olub.
Nazarovun komandası turnir cədvəlində özündən irəlidə olan rəqiblə qolsuz bərabərliyə razılaşıb - 0:0. Millimizin üzvü meydana start heyətində çıxıb və 54-cü dəqiqədə Koen van der Biezen tərəfindən əvəzlənib.
Qeyd edək ki, "Karlsruher" 14 turda 24 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.az