Mustafa Dənizli: "Məğlub olmaq şansımız yox idi"

Mustafa Dənizli: "Məğlub olmaq şansımız yox idi"
"Premyer Liqada ilk oyunum idi. Bundan öncə kubokda qalib gəldik. Son həftələrin yaxşı komandasına qarşı oynadıq. "İnter"in son oyunlarda uğurlu seriyası var idi". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan (0:0) sonra "Xəzər Lənkəran"ın baş məşqçi Mustafa Dənizli deyib.
Türk mütəxəssis ilin son oyunlarının çox vacib olduğunu bildirib: "Bu gün sadəcə qələbə qazanmaq üçün oynadıq. Amma oyun heç-heçə bitdi. Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün son 3 həftədə 7 və ya 9 xal qazanmaq lazım idi. Artıq qarşıdakı oyunlarda qalib gəlmək lazımdı. Yarışda rəqiblərimizdən xeyli geri düşmüşük". 
Dənizli oyundan razı qalıb: "Oyundan məmnunam, çətin rəqibə qarşı oynadıq. Qalib də gələ bilərdik, qol imkanlarımız oldu, rəqibə çox qol imkanı vermədik. Oyunda üstün tərəf idik, təəssüf ki, qalib gələ bilmədik. Nəticəyə çox sevinmirik, həm də üzülmürük. Komandaları və futbolçuları, əsas da öz komandamı tanımağa çalışıram. Buna vaxt lazımdı. Daha yüksək tempdə oynayan komanda hazırlamağa çalışacağıq. Qarşıdakı vaxtı çox yaxşı dəyərləndirməlyik". 
"Xəzər Lənkəran"ın baş məşqçisi heç-heçənin normal nəticə olduğunu bildirib: "Bu gün məğlub olmaq şansımız yox idi. Bəlkə də, heç-heçə normal nəticədi. Süni meydançalarda oynamaq çətindi, bu cür oyunlara 3 gün öncədən getməyi düşünürük". 
Türk məşqçi hakimliklə bağlı danışmaq istəməyib: "İşlədiyim ölkələrdə hakimlərlə bağlı tənqidi fikirlər deməmişəm. Hakimlər səhv edə bilər. Bu da futbolun daha da sevilməsinin şərtlərindən biridir. Ümumilikdə, yaxşı idarə etdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər