Premyer Liqanın XVII turunda "Rəvan"ı qəbul edəcək "Xəzər Lənkəran" hazırlıqlarını doğma şəhərdə davam etdirir. Fanat.az xəbər verir ki, komanda dünən saat 16.00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb.
İsinmə hərəkətləri ilə başlayaraq toplu çalışmalarla davam edən və iki tərəfli oyunla yekunlaşan hazırlıq prossesi bir saatdan çox davam edib. Zədəsini qismən sağaldan Manuel Skarlatake də məşqə qatılıb.
Məlumata görə, Mustafa Dənizli yetirmələrini daim gərginlikdə saxlamaq məqsədi ilə tez-tez məşq plannını dəyişir. Onu da bildirək ki, elə dekabrın 11-dəki hazırlıq prossesinin də səhər olacağı gözlənilsə də, Dənizli futbolçulara yalnız günorta yeməyi zamanı məşqin saat 16.00-da başlayacağını bildirib.
12cioyuncu.info