Mourinyodan veteranlarla bağlı açıqlama

Mourinyodan veteranlarla bağlı açıqlama

"Çelçi"nin baş məşqçisi Joze Mourinyo komandanın üç veteran futbolçusu - Con Terri, Frank Lempard və Eşli Koulun taleyi ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonundu müqaviləsi bitəcək hər üç futbolçuya yeni müqavilə təklif olunacağını deyib.

"Fikrimcə, onların müqaviləsinin bitməsi nə məni, nə klubu, nə də futbolçuları narahat edir. Onlar "Çelsi"də qalmaq istəyir. Hər üç futbolçumuzun karyeralarının son illərindən zövq almasını və rahat oynamasını istəyirik. Adı çəkilən oyunçularla mövsümün sonunda danışıqlar masasına oturacağıq" deyə Mourinyo bildirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər