Mourinyodan gözlənilməz açıqlama

Mourinyodan gözlənilməz açıqlama
"Kim deyib ki, biz çempionluğa ən böyük namizədik. Mən belə fikirləşmirəm. Çempion olmaq potensialına sahib 6 komandadan biri olduğumuzu dünüşürəm. Digər rəqiblərimiz əla formadadı. Biz isə komanda oyununda ötən illərə görə fərqli çıxış edirik". Fanat.az xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı mütəxəssis yeni komanda qurduqlarını bildirib: "Keçən iki ili xatırlayın. Çempiondan 25 və 14 xal geri qalmışıq. Ötən mövsüm çempion olmuş və ya liderdən 1-2 xal geridə qalmış komandadan danışmırıq. Komandamız ötən 2-3 ilin dekabr aylarında liderlərdən 15-20 xal geri qalırdı. İndi yeni bir komanda qururuq və əlimizdəki futbolçularla oynaya biləcəyimiz ən yaxşı oyunu oynamağa və ən yaxşı nəticələri qazanmağa çalışırıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər