Mirbağır İsayev: "Onlar komanda üçün ciddi itki deyil"

Mirbağır İsayev: "Onlar komanda üçün ciddi itki deyil"

"Martın 2-dən təlim-məşq toplanışındayıq. Gündə iki dəfə məşq edirik. Hazırlıq plana uyğun davam edir. Toplanış ərzində iki yoxlama görüşündə qüvvəmizi sınamışıq". Fanat.az xəbər verir ki, bu sözləri Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Mirbağır İsayev deyib.

Bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda yığmanln açıq məşqi olub. İsayev mətbuat nümayəndələrinə açıqlama verib: "Heyətimizdə zədəli futbolçular var. Kazım Birkan, Ziya Əzizov zədəlidilər. Deməzdim ki, bunlar komanda üçün ciddi itkidi. Ancaq oynasaydılar, böyük köməklikləri olardı. Əsas məqsədimiz ilk oyunadək futbolçuların hazırlığını pik həddə çatdırmaqdı. Yaxşı hazırlıq keçmək üçün AFFA tərəfindən hər cür şərait yaradılıb. Dünən baş katib Elxan Məmmədov da komanda ilə görüşərik hazırlığın gedişi ilə maraqlandı. Bu özü də futbolçular üçün bir stimuldur".

Baş məşqçi rəqiblərin oyunlarını analiz etdiklərini deyib: "Rəqiblərin oyunlarına baxıb analiz etmişik. Hər biri haqda məlumatımız var. Qrupumuzda yer alan bütün rəqiblərlə mübarizə aparmaq olar. Azərbaycanı layiqincə təmsil etmək borcumuzdu. Oyunların Bakıda keçirilməsinin mənfi və müsbət tərəfləri var. 16-17 yaşlı futbolçuları psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdı ki, meydanda əsl mübarizəyə hazır olsunlar. Bütün oyunlar bizim üçün əhəmiyyətlidi. İlk qarşılaşmada qələbə qazansaq, futbolçuların özlərinə inamı daha da yüksələcək. Novruz Bayramında xalqımıza sevinc bəxş etmək istəyirik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər