Millimizin üzvü Tailand çempionatında

Millimizin üzvü Tailand çempionatında

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Tailand çempionatında çıxış edəcək. Fanat.az xəbər verir ki, ölkəmizi Asiyada Yelena Parxomenko təmsil edəcək. 

Qeyd edək ki, təcrübəli blokerimiz Tailand Premyer Liqasında mübarizə aparacaq ilk azərbaycanlı voleybolçudu. 

32 yaşlı Yelena Parxomenko kayrersaı ərzində "Neftyağ", "Lokomotiv" (Bakı), "Azərreyl", "Padova" (İtaliya), "Azəryol" və "İqtisadçı" klublarının formsını geyinib. Milli komandamızda 142 oyun keçirən voleybolçu 2002-ci ildə "Azərrey"lə "Top-komandalar Kuboku"nu, 2012-ci ildə "Lokomotiv"lə "Challenge Cup"u qazanıb, 2002, 2003, 2004 və 2005-ci illərdə "Azərreyl"in heyətində Azərbaycan çempionu olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər