Çempionlar Liqasında çıxış edən klubların 19 yaşadək futbolçulardan ibarət komandaları arasınqda təşkil olunan UEFA Gənclər Liqasının G qrupunda qrup mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, "Zenit"in formasını geyinən Elvin Bədəlovun forma geyindiyi "Zenit" "Austriya"nın qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü matçın iştirakçısı olmayıb. Elvin qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib.
Qeyd edək ki, "Zenit" 6 oyunda 1 xal toplayıb və qrupu sonuncu pillədə başa vurub.
Fanat.az