21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Erat iş yerini dəyişmək qərarına gəlib. Fanat.az xəbər verir ki, gənc futbolçu Almaniyanın "Fortuna" klubunun U-23 komandasından ayrılmaq qərarına gəlib.
Belə ki, Tuğrulun Düsseldorf təmsilçisi ilə müqaviləsinin müddəti qışda başa çatacaq. Futbolçumuz yeni anlaşma imzalamaq istəmir. Buna səbəb onun Almaniya və Azərbaycan klublarından təklif almasıdı.
Fanat.az