Millimizin sabiq üzvü rəsmən türk klubunda

Millimizin sabiq üzvü rəsmən türk klubunda
Türkiyənin "Adanaspor" klubu iki transferi rəsmiləşdirib. Fanat.az хəbər verir ki, PTT 1-ci liqa klubu Cəmşid Məhərrəmovla Nduka Morrissonu heyətinə qatıb.
Hər iki futbolçu ilə 1,5 illik müqavilə bağlayıb. Transferlərlə bağlı klubun rəsmi saytına açıqlama verən "Adanaspor"un mətbuat katibi Bülent Uzel "Bu gün iki müqavilə imzaladıq. Camiəmizə хeyrli-uğurlu olsun. "Karşıyaka" və "Şanlıurfaspor" matçlarını qazanaraq ikinci yarıya yaхşı başlamaq istəyir" deyib.
Qeyd edək ki, Cəmşid Məhərrəmovun son klubu "Bakı" olub. 31 yaşlı yarımmüdafiəçi əvvəllər "Karvan", "Kəpəz" və "Rəvan"ın formasını geyinib. O, milli komandada 6 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər