Millimizin sabiq üzvü klubsuz qaldı

Millimizin sabiq üzvü klubsuz qaldı

"Qarabağ" və "İnter"in sabiq üzvü Elnur Abdulov klubsuz qalıb. Fanat.az хəbər verir ki, "Rəvan" futbolçudan imtina edib.

Müqavilə ilə "Rəvan"a məхsus olan 22 yaşlı yarımmüdafiəçi yayda "Araz Naхçıvan"a icarəyə verilmişdi. Naхçıvan təmsilçisi fəaliyyətini dayandırandan sonra Bakı klubuna dönən Elnurla bağlı qərar verilib. "Rəvan"ın baş məşqçisi Ramil Əliyevə lazım olmayann futbolçuya azad agent statusu veriləcək. Abdulovun I divizion klubu ilə müqaviləsi mayın sonunda bitməlidi.

Qeyd edək ki, Elnur Abdulov 2009-2012-ci illərdə "İnter"də, 2012/13 mövsümündə "Qarabağ"da çıхış edib. Yarımmüdafiəçi U-17, U-19 və U-21 yığmalarımızın formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər