Millimizin qapıçısı “Ayntraxt”ın düşərgəsinə getdi

Millimizin qapıçısı “Ayntraxt”ın düşərgəsinə getdi

“Neftçi”nin və Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Almaniya Bundesliqası klublarından olan “Ayntraxt”ın (Frankfurt) düşərgəsinə gedib. Fanat.az xəbər verir ki, qolkiper alman klubunun “Neftçi”yə ünvanladığı rəsmi dəvətə əsasən baxışda iştirak etmək üçün bu ölkəyə yola düşüb. 

Emil noyabrın 26-dan dekabrın 12-dək “Ayntraxt”ın düşərgəsində baxışda olacaq. Baxışın nəticələrinə əsasən Almaniya klubu qapıçı ilə bağlı qərar verəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər