Milli komandamızın iki üzvü klubsuz qalıb. Fanat.az xəbər verir ki, Avropada transfer pəncərəsinin bağlanmasına 12 gün vaxt qalsa da, Elhad Nəziri və Ufuk Budakın çıxış edəcəyi klublar müəfyənləşməyib.
Elhadın Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Kosmin Kontra ilə problemləri var və bu üzdən komandadan ayrılıb. Onun hələlik icarəyə veriləcəyi, yoxsa komandanı birdəfəlik tərk edəcəyi bilinmir.
Ufuka gəlincə, onun hazırlıq səviyyəsi “Eskişəhərspor”un baş məşqçisi Ertoğrul sağlamı qane etmir. Bu səbəbdən Super Liqa klubu futbolçumuzu icarəyə vermək niyyətindədi. Lakin hələlik millimizin üzvünün hansı klubda çıxış edəcəyi bilinmir.