Millimiz "Terek"lə qarşılaşacaq?

Millimiz "Terek"lə qarşılaşacaq?

Fevralın sonlarında təlim-məşq toplanışı keçirməyi planlaşdıran Azərbaycan yığması yoxlama görüşü keçirmək üçün rəqib tapa bilmir. Fanat.az xəbər verir ki, rəqib qismində milli komanda görmək istəyən baş məşqçi Robert Prosineçkinin arzusu böyük ehtimalla gerçəkləşməyəcək.

AFFA-nın bütün səylərinə baxmayaraq, hələlik yalnız Rusiyanın "Terek" klubu ilə ilkin razılığa gəlmək mümkün olub. 

Qeyd edək ki, millimizin oyunu fevralın 25-nə planlaşdırılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər