Millimiz AVRO-2016-nın püşatmasında hansı səbətə düşəcək?

Millimiz AVRO-2016-nın püşatmasında hansı səbətə düşəcək?
Yığma komandaların AVRO-2016-nın seçmə mərhələsinin püşkatması zamanı yer alacağı səbətlər müəyyənləşib. Fanat.az xəbər verir ki, bu format UEFA İcraiyyə Komitəsinin dekabrın 12-13-də İspaniyanın Bilbao şəhərində keçiriləcək iclasında təsdiqlənəcək.
 
Püşkatma mərasimi isə 2014-cü ilin fevral ayının 23-də Fransanın Nitsa şəhərində keçiriləcək. Azərbaycan yığması beşinci səbətdə yer alacaq.
 
1-ci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina.
2-ci səbət: İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya.
3-ci səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Çernoqoriya.
4-ci səbət: Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus.
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Cənubi Kipr.
6-ci səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları.
 
Yekunda hər biri 6 komandadan ibarət 8 qrup yaradılacaq. Daha bir qrup isə 5 komandadan ibarət olacaq.
 
Təqvimin tərtibində növbəti amillər nəzərə alınacaq:
- Heç bir komanda evdə ardıcıl iki oyun keçirə bilməz;
- Hər bir komanda təsnifata evdə yaxud səfərdə oyunla (və ya əksinə) başlayacaq və bitirəcək;
- Soyuq qış ölkələrinin yığmaları noyabr və mart aylarında keçirəcəyi qarşılaşmaları səfərdə keçirəcəklər;
- Hər qrupda qışı soyuq keçən ölkələrdən üç yığma olacaq. Bu ölkələr iki kateqoriyaya bölünüb: çox soyuq qışın müşahidə edildiyi ölkələr (Finlandiya, Farer adaları, Norveç və Rusiya) və soyuq qış müşahidə edilən ölkələr (Andorra, Belarus, Estoniya, Litva, Latviya, İsveç və Ukrayna);
- Azərbaycan və Ermənistan, İspaniya və Cəbəllütariq, Rusiya və Gürcüstan yığmaları siyasi səbəblərdən müxtəlif qruplarda yer alacaq;
- İngiltərə, İspaniya, Almaniya, İtaliya və Hollandiya televiziya hüquqlarının təqsimi ilə əlaqədar altı komanda olan qruplarda yer alacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər