Millimiz 8 pillə gerilədi: Əfqanıstan da bizi keçdi

Millimiz 8 pillə gerilədi: Əfqanıstan da bizi keçdi

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 8 pillə geriləyib.

Ötən ay aktivində 222 xal olan yığmamız bu dəfəki siyahıda 198 xalla 139-cu pillədə qərarlaşıb. Bu geriləmə koamndamızın Əfqanıstan və qazxıstan millilərindən də geri düşməsini şərtləndirib.

İlk pillədə ötən ay olduğu kimi, yenə də Almaniya başçılıq edir. "Bundestim"in aktivində 1770 xal var. İkinci yerdə Argentina (1577 xal) qərarlaşıb. İlk üçlüyü Kolumbiya (1499) millisi qapayır.

İlk onluqda yalnız bir dəyişiklik baş verib. İki pillə irəliləyən millimizin AÇ-2016-nın seçmə mərhələsində rəqiblərindən olan İtaliya yığması 10-cu yerə yüksəlib.

Robert Prosineçkinin yetirmələrinin digər rəqiblərinə gəlincə, Xorvatiya millisi 963 xalla 19-cu, aktivində 522 xal olan Norveç 70-cidi. Bolqarıstan skandinaviyalılardan 1 pillə geri qalır və aktivində 501 xal. Millimiz yalnız Maltadan öndədi. Bu yığma 169 xalla 145-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, növbəti reytin siyahısı aprelin 9-da açıqlanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər