Milinko Pantiç "Sumqayıt"la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın serb baş məşqçisi meydançanın vəziyyətinin bərbad olduğunu deyib:
"Qələbə qazandıq, lakin meydançanın vəziyyəti yaxşı deyildi. Bu cür hava şəraitində də oynamaq çətindi. Bəxt bu gün bizim tərəfimizdə idi. İlk hissədə külək rəqib qapısına əsirdi, lakin bundan tam yararlana blmədik. İkinci hissədə isə bizə daha çətin oldu. Bir daha yetirmələrimi qələbə ilə təbrik edirəm. Heyətimizə iki sumqayıtlı oyunçu var. Elxan Əhmədov və Vüqar Bəybalayev üçün çətin olsa da, uğurlu çıxış etdilər".
Fanat.az