Mərakeşdə Azərbaycan dueli

Mərakeşdə Azərbaycan dueli

Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa seriyasının 3-cü mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, yarışdakı 3 təmsilçimizdən ikisi ötən gün mübarizəyə başlayıb.

Yarımfinalda məğlub olan Əminağa Quliyev (-60 kq) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi 1/4 finalda yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq. 

Bu gün daha bir idmançımız - qadınların 68 kiloqram çəki dərəcəsində yer alan ikiqat dünya və Avropa çempionu İrina Zaretska mübarizəyə qoşulacaq.

Medal görüşləri mayın 15-də keçiriləcək.

Qeyd edək ki, turnirdə  48 ölkədən 238 idmançı iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər